Qadin.NET / ""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"

""Barsa" mənə şans verməsə, komandanı tərk edəcəm"

 

"Barselona"nın futbolçusu Kristian Telyo Kataloniya klubundan ayrıla bilər. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə 22 yaşlı futbolçunun özü açıqlamasında deyib. Gənc futbolçu növbəti oyunlarda oynamaq şansı verilməyəcəyi təqdirdə başqa kluba transfer olunacağını bildirib: "Hazırda burada xoşbəxt olmağıma baxmayaraq, gələcəkdə nələrin olacağını deyə bilmərik. Artıq daha təcrübəliyəm. Nə zaman ehtiyac olsa, mən hazıram. Çox yaxşı oyun nümayiş etdirəcəyimə əminəm. Baş məşqçim mənə də şans verməlidir. Meydanda daha çox olmaq istəyirəm. Mövsümün sonunda vəziyyətə uyğun qərar verəcəm".

Mənbə: Milli.Az

 

3 dekabr 2013
GO BACK