Qadin.NET / Xadimə işləmək üçün universitetdə oxumuşdular?

Xadimə işləmək üçün universitetdə oxumuşdular?

 

İtaliyada ali təhsil almış qadınlar işsiz qalmamaq üçün dayə, xadimə və sanitar işləmək məcburiyyətindədirlər. Halbuki əvvəllər bu işlərdə yalnız miqrantlar çalışırdılar. Milli.Az European-a istinadən bildirir ki, ölkənin düçar olduğu ağır maliyyə-iqtisadi böhran italyanları məişət xidmət sektoruna üz tutmağa vadar edir. İtaliyanın Milli Məişət Xidməti Sektoru İşçilərinin Assosiasiyasının (Assindatcolf) yaydığı açıqlamada bildirilir ki, universitet təhsili olan qadınlar ən ağır işlərə də razılaşır, işsiz qalmamağa çalışırlar. İtaliyada gənclər arasında işsizlik səviyyəsi 41,2 faiz təki rekord həddə çatıb. Milli Statistika Agentliyinin (İstat) yaydığı bəyanatda isə ölkədə əmək qabiliyyətli vətəndaşların 12,5 faizinin işsiz olduğu bildirilir.

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK