Milli.Az İnterAz-a istinadən bildirir ki, Ermənistanın tert.am saytı bu ölkədə səfərdə olan Rusiya prezidenti Vladimir Putinə olduqca böyük hörmətsizlik edib. Məsələ burasındadır ki, 2 dekabr saat 21.10-da saytda əskini tapan xəbərin başlığında Rusiya prezidentinin soyadı göstərilməyib. “S.Sarqsyan və Vladimir bir sıra müqavilələr imzalayıblar” adlı xəbərdə prezidentlər arasında baş tutmuş danışıqlardan sonra imzalanmış saziş və razılaşmalardan söhbət açılır. Məlumat Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən verilsə belə, adıçəkilən xəbərin başlığında diplomatik etiket qaydalarına tam zidd olaraq bu cür kobud səhvə yol verilib. Əlbəttə ki, səfalət içində boğulan işğalçı dövlətin məhz Rusiya hesabına nəfəs almasını nəzərə alsaq, belə bir səhvin bilərəkdən yol verilməsi böyük şübhə doğurur. Amma hər halda bu cür səhvin buraxılması (texniki səbəblərdən təsadüf nəticəsində olsa belə) onun kobudluğunu azaltmır. Ən azından ölkəsinin elə Vladimir Putinin əlinə baxdığını gözəl anlayan erməni jurnalisti də qəyyumuna münasibətdə istənilən yerdə diqqətli olmağa və hörmətlə yanaşmağa tarix boyu məhkum olunub.
Mənbə: Milli.Az