Qadin.NET / Yeniyetmə Azərbaycan vətəndaşı üçün yenilik

Yeniyetmə Azərbaycan vətəndaşı üçün yenilik

 

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun layihəsi müzakirə edilib.Trend-in məlumatına görə, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.Fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində 15 yaşı tamam olmamış vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olacaq. Fərdi identifikasiya kartı vətəndaşın qanuni nümayəndəsinin (valideyni, vətəndaşı övladlığa götürənin, qəyyumunun və ya himayəçisinin) müraciəti əsasında verilir.Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Bu kart pulsuz veriləcək.Milli Məclis müzakirələrdən sonra qanun layihəsini birinci oxunuşda qəbul edib.

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK