Qadin.NET / Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər

Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər

 

Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlara əlavə dəyər vergisi (ƏDV) tətbiq olunmayacaq.Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində mümkün olub.Məcəlləyə edilən dəyişikliyə əsasən, ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ilə məşğul olanlara ƏDV tətbiq olunmayacaq.Məsələ barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, yuxarıda adıçəkilən mallardan ƏDV tutulmayacaq.
Mənbə: Milli.Az
3 dekabr 2013
GO BACK