Məlum olduğu kimi, ötən gecə Tarif Şurası ölkədə yanacağın qiymətinin qaldırılması barədə qərar verib. Şuranın qərarına əsasən, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Hər bir məhsulun qiymətinin nəqliyyat xərclərindən asılı olaraq dəyişdiyi məlumdur. Yanacağın qiymətinin artması daşınma xərclərinin artmasına səbəb olacaq. Bunun isə, öz növbəsində, bütün digər sahələrdə bahalaşmaya səbəb olacağı şübhəsizdir. Artıq yanacaq bahalaşdı. Bunun ardınca hansı məhsulların qiymətində bahalaşma müşahidə edirsiniz? Bu gün hansı məhsulu fərqli qiymətlərlə aldınız? Şərhlərinizi gözləyirik.
Mənbə: Milli.Az