Qumsallıq, dəniz ləpələrinin döydüyü sahil istirahət məkanı sayılır. Lakin buranın möcüzəli yer olduğunu az adam bilir. İtalyan professor da dünyanın istənilən çimərliyində kiçik, gözlə görünməyən möcüzənin olduğunu deyib. Deyib və göstərib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İtaliyadakı Paduya Universitetinin professoru, ölkənin tanınmış geoloq-mineraloqu Bernardo Çezareçimərliklərdəki kiçik qum dənələri və daşları elektron mikroskop altında müşahidə edərək onların fotolarını çəkib. Karboneras çimərliyində olarkən yığdığı qum dənələri və daşların makrofotolarını hazırlayıb, sonra da bloqunda yerləşdirib. "Çimərlikdə belə mikrokosmosun, gözəlliyin olmağı, məncə, əsl möcüzədir. Bunu mən bilirəm. Hamının bilməsini istədim. Ən kiçik daş və hətta qum dənəsində sehr, möcüzə var", - professor Çezare söyləyib.
Mənbə: Milli.Az