Qadin.NET / İctimai nəqliyyatda gedişhaqqı artırılır?

İctimai nəqliyyatda gedişhaqqı artırılır?

 

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov yanacağın qiymətlərinin bahalaşmasının ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinə təsiri barədə suala cavabında Trend-ə bildirib. Onun sözlərinə görə, nazirlik Tarif (qiymət) Şurasına ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artırılması ilə bağlı müraciət etməyib. Avtobus sürücülərinin yanacağın qiymətlərinin bahalaşması ilə əlaqədar yarana biləcək mümkün narazılığı barədə danışarkən Həsənov qeyd edib ki, avtobus sürücülərinin işə götürülməsi ilə marşrutların operatorları məşğul olduğundan bu məsələni onlar özləri nizamlaya bilərlər: "Hələlik yanacağın tariflərinin dəyişməsindən sonra marşrut operatorlarının nazirliyə müraciətləri daxil olmayıb. Lakin deyə bilərəm ki, ictimai nəqliyyatda gedişhaqqı qiymətlərinin artımı gözlənilmir". Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı ilə 3 dekabr 2013-cü il tarixindən Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

 

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK