“Qalatasaray”ın təcrübəli müdafiəçisi Emmanuel Ebue növbəti matçlarda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, Fil Dişi Sahilinin futbolçu ötən gün Türkiyə Superliqasının XIII turunda keçirilən “Kasımpaşa” ilə oyunda xəsarət alıb. Ötən gün tibbi müayinədən keçən 30 yaşlı müdafiəçinin sağ ayağında zədə aşkarlanıb. Ebue Türkiyə Kubokundakı “Qaziantep BB” və Superliqadakı “Elazığspor” matçlarında oynaya bilməyəcək. Onun “Yuventus”la matçda meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil. Qeyd edək ki, “Qalatasaray” dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Yuventus”la İstanbulda üz-üzə gələcək.
Mənbə: Milli.Az