Qadin.NET / Evsiz kişinin məharəti hamını ağlatdı

Evsiz kişinin məharəti hamını ağlatdı

 

O, evsiz-eşiksiz, yoxsul insandır. Notları da oxuya bilmir. Lakin onun ustalığı, məharət və istedadı bu insanı dinləyənləri kövrəldib, ağladıb.Milli.Az ABC News-a istinadən bildirir ki, 50 yaşlı Devid Uelş illərdir küçələrdə yaşayır. ABŞ-ın Vankuver şəhərindəki bu işsiz, evsiz insan musiqi dükanlarından birinə isinmək üçün girmişdi.Dükanın satıcıları onu çıxarmaq istəyəndə Devid pianonu gördü.O, pianoya yaxınlaşdı, kətilə əyləşdi və ifaya başladı.Evsiz Devid soyuqdan don vurmuş barmaqları ilə pianonu sanki danışdırır, dilləndirir, onun səsini dinləyir, hisslərindən agah olurdu.Devid Allen Uelş 6 yaşı olanda evsiz qalıb. O, amerikalıdır. Şimali və Cənubi Dakota, sonra da Ayova ştatlarının şəhərləri ilə qəsəbələrinin küçələrində yaşayan Uelş sonradan Vaşinqton ştatına yollanıb.İndi o, Vaşinqton ştatının Vankuver şəhərinin küçələrində yaşayır."Uşaqlıqdan pianonu sevirəm. Evsiz-eşiksiz insanlar üçün sığınacaqlarda fortepiano görən kimi sevinirdim. Klassik musiqini sevirəm, amma notları oxuya bilmirəm. Musiqidən başım çıxmır. Fəqət, musiqi beynimdədir. Bir dəfə eşitdiyim melodiyanı əsla unutmuram", - Uelş deyib."Open House Ministries" musiqi dükanındakı olayın şahidi Ceyms Meynarddeyir: "Dükanın qonşuluğunda yaşayıram. İçəridəydim, bir kənarda oturub qəhvə içirdim. Birdən o, ifaya başladı. Belə fenomenal ifa eşitməmişdim. Qəhvə burnumdan gəldi, öskürdüm. Çünki heyrətə gəlmişdim, çaş-baş qalmışdım. Sonra hiss etdim ki, kövrəlmişəm, gözlərimdən yaş gəlir".
Uelşun dediyinə görə, musiqi ona yaşamağa yardım edir.
"Soyuqda küçələrdə donanda ölməmək üçün beynimdə musiqi səsləndirirəm. O səslər mənə yaşamağa kömək edir. Ac qalanda, soyuqdan titrəyəndə gözlərimi yumuram və bu an beynimdə musiqi yaranır. Həmin səslər məni sakitləşdirir, qorxunu, təlaşı, vahiməni üstələyir. Sanki büllur körpüdə addımlayırmış kimi hiss edirəm özümü. 
Pianoda ifa edəndə isə barmaqlarım sözümə qulaq asmır. Sanki ilahi qüvvə onları hərəkət etdirir. İnanın, əsla düşünüb ifa etmirəm. Barmaqlarım əyilib, donvurmadan sonra eybəcər vəziyyətə düşüb. Belə barmaqlar piano üçün əsla yaramır, bilirəm. Amma piano arxasına əyləşəndə sanki əllərimi dəyişirlər, başqasının, normal insanın barmaqları ilə ifaya başlayıram", - Uelş söyləyib.
Evsiz kişinin məharəti hamını ağlatdı


Mənbə-Milli.Az
3 dekabr 2013
GO BACK