Qadin.NET / Mançini "Qalatasaray"a yeni futbolçu gətirir

Mançini "Qalatasaray"a yeni futbolçu gətirir

 

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini üst-üstə alınan uğursuz nəticələrdən sonra komandada dəyişikliklər etmək istəyir. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ı Türkiyə Kuboku çərçivəsində bu gün qarşılaşacaqları “Qaziantep BB” ilə oyununa hazırlayan italiyalı mütəxəssis heyətə yeni futbolçular çağırıb. Mançini yayda satışa çıxarılan və əvəzedici komandaya göndərilən Yigit Gökoğlana yenidən şans vermək istəyir. Artıq ötən gündən əsas komanda ilə hazırlıqlara başlayan 24 yaşlı yarımmüdafiəçi məşqdə sona qədər iştirak edib.Gökoğlandan əlavə, daha 3 futbolçu - İbrahim ÇoşkunƏmrə Can Çoşku, və Berk İsmail Ünsal da əsas heyətlə məşqlərə qatılıb. Qeyd edək ki, 2012-ci ildə “Manisaspor”dan “Qalatasaray”a transfer edilən Yigit ötən mövsümü icarə əsasında “Orduspor”da keçirib. 

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK