"Mançester Siti" klubunda oynayan Yaya Ture Afrikada ilin ən yaxşı futbolçusu olub. Anspress-in məlumatına görə, BBC-nin keçirdiyi sorğuda Fil Dişi Sahilindən olan futbolçu azarkeşlərin rəğbətini qazanıb. Yaya Ture 5-ci dəfə bu titula namizəd olub. Qeyd edək ki, qalib BBC-nin apardığı online və SMS səsverməsinin nəticələrinə görə müəyyən edilir.
Mənbə: Milli.Az