Qadin.NET / Bakının mərkəzində "yenilik": axı belə istəmirdik

Bakının mərkəzində "yenilik": axı belə istəmirdik

 

Bakının mərkəzi meydanı velosiped sürənlər tərəfindən zəbt edilib. Milli.Az-a müraciət edən Elxan adlı oxucu yazır ki, artıq Fəvvarələr meydanında gəzmək mümkünsüz olub:“İş yerim Fəvvarələr meydanının yaxınlığındadır. Nahar vaxtı çıxıb yarım saat gəzməyi adama haram edirlər. Bir qrup velosipedçi meydanda o tərəf-bu tərəfə şütüyür. Onların əlindən naharımız alınmır”.Səbail Rayon Polis İdarəsi post-patrul xidmətinin rəisi Xaqani QəhrəmanovMilli.Az xəbər portalına bildirdi ki, Fəvvarələr meydanında velosiped sürənlərin bir neçəsi polis bölməsinə aparılaraq cərimələnib. Xidmət rəisinin sözlərinə görə, gün ərzində 2-12 nəfər saxlanılır. Onlar 20 manatdan 70 manata qədər cərimələnirlər.X.Qəhrəmanov qeyd etdi ki, Fəvvarələr meydanında velosipedlə insanların istirahətinə mane olmaq qadağandır.

 

Bakının mərkəzində "yenilik": axı belə istəmirdik

 

Bakının mərkəzində "yenilik": axı belə istəmirdik

 

 

 

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK