Qadin.NET / "Cəmil Həsənlinin sədr seçilməsi heç nəyi dəyişməyəcək"

"Cəmil Həsənlinin sədr seçilməsi heç nəyi dəyişməyəcək"

 

Məlum olduğu kimi, bu gün Milli Şuranın sessiyasının keçiriləcəyi gözlənilir. Bu sessiyada sədr Rüstəm İbrahimbəyovun istefası qəbul olunacaq və çox böyük ehtimalla Cəmil Həsənli quruma sədr seçiləcək. Bəs bu rəhbər dəyişiklikləri müxalifətə nələri vəd edir? Bu sualla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müaviniElçin Mirzəbəyli ilə əlaqə saxladıq. Mirzəbəyli Milli.Az-a açıqlamasında dedi ki, bu gün Milli Şuranın sessiyasında nələrin baş verəcəyindən asılı olmayaraq, müxalifətin ümumi vəziyyətində heç bir dəyişiklik olmayacaq. Partiya rəsmisinin sözlərinə görə, Milli Şura Rüstəm İbrahimbəyovun seçkiyə hesablanmış layihəsi idi və bu qurumun yaradılmasında bəzi xarici dairələrin marağı var idi. E.Mirzəbəyli qeyd edib ki, seçki dövründə C.Həsənlinin namizəd olması heç nəyi dəyişmədi. Eləcə də indi Həsənlinin Milli Şuraya sədr seçilməsi heç nəyi dəyişməyəcək.

 

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK