Qadin.NET / Hava haqqında - 03.12.2013

Hava haqqında - 03.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənir.  Axşam yağıntı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Temperatur gecə 6-9°, gündüz 10-12° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında səhər və gündüz yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, bəzi yerlərdə 6°-dək şaxta, gündüz 3-8° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə arabir intensiv və güclü olacağı ehtimalı var. Temperatur gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz bəzi yerlərdə sulu qar, qara keçəcəyi gözlənilir. Hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-8°, gündüz 8-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında səhər və gündüz yağıntılı olacağı, sulu qar, qar olacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Temperaturun gecə 0-5°, gündüz 5-8°, dağlarda gecə 5-9° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz yağış yağacağı gözlənilir, axşama doğru bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara keçəcəyi ehtimalı var. Temperaturun gecə 3-8°, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gündüz yağış yağacağı gözlənilir, axşama doğru bəzi yerlərdə intensiv və güclü olacağı, sulu qara keçəcəyi ehtimalı var. Temperatur gecə 4-6°, gündüz 6-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.
Tibbi-meteoroloji proqnoz Dekabrın 3-də hava şəraitinin təzadlı dəyişilməsi, temperatur rejiminin kəskin aşağı enməsi, şimal küləyinin şiddətlənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK