Qadin.NET / Günün ulduz falı - 03.12.2013

Günün ulduz falı - 03.12.2013

 

Qoç - çətin, qarışıq, qarğaşalı gündür. Vurnuxmalar sizi çaşdırmasın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə hazır olun. Yalnız bu minvalla mənfi təmayüllərin öhdəsindən gələ bilərsiniz. Hadisələrin inkişaf məcrasına təsir etməyin. Situasiyanı sürətlə dəyişmək cəhdləriniz uğursuzluğa düçar olacaq. Problemlər isə tam əksinə, daha da ağırlaşaraq ciddiləşəcək. Günün ikinci yarısında emosiyalarınızın öhdəsindən gəlin. Hirs və qıcıq problemlər yarada bilər. Dəyər verdiyiniz insanlarla münasibətləri sərinləşdirməyin, münaqişə etməyin.
Özünüzü peşman və günahkar hiss edəndə yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün konkret addım atın.
Buğa - əlverişli gündür. Qarşınızda yeni, perspektiv imkanlar yaranır. Mürəkkəb işlərdə uğur qazanmaq, çətin işləri həll etmək imkanları var. İstənilən format və səviyyəli görüşlər uğurla başa çatacaq. Əvvəllər rəqiblərinizi dəstəkləyən insanlar indi sizə yardım edirlər. Günün ikinci yarısı imicdə dəyişikliklər üçün əlverişlidir.
Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Qeyri-standart, parlaq ideyalar ola bilər. Yaxşı gəlir istisna deyil.
Əkizlər - enerjili, aktiv, qətiyyətli olun. Çalışın, zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədə izafi səylər göstərmədən çata bilərsiniz. Uzunmüddətli planların hazırlanmasında problemlər olmayacaq. Rəqabət mübarizəsində təmkinli, amma iradəli olun. Bədxahları üstələyin. Sövdələşmək, əməkdaşlıqla bağlı sənəd imzalamaq olar. Günün ikinci yarısında başqasının mövqeyini dinləməmək cəhdi problem yarada bilər. Liberal olun.
Tənqidə sərt reaksiya verməyin. Dözümlü davranın. Sağlam məntiqdən xəbər verən qeydlərə huşyar olun.
Xərçəng - gün uğurlu olacaq. Nailiyyətlərinizə paxıllıq edirlər. Maliyyə məsələlərində irəliləyəcəksiniz. Sərfəli anlaşmalara nail olacaqsınız. Alış-verişdə simiclik etməyin. Yeni tanışlıqlar olacaq. Fəqət, münasibətlər istədiyiniz kimi dinamik və sadə deyil. Günün ikinci yarısı uzaq səfər və ya trivial gəzinti üçün sərfəlidir. Uzaqdan gələn insanla qarşılaşa bilərsiniz.
Hədiyyə, yaxınlarda sürpriz istisna deyil. Ailə üzvlərinizi sevindirmək şansını əldən verməyin.
Şir - bir qədər ehtiyatlı və sayıq olun. Özünüzə həddən ziyadə güvənməyiniz nəticəsində müttəfiqlərlə rəqibləri yanlış dəyərləndirərək sonradan peşmançılıq hissi yaradacaq səhvlər edə bilərsiniz. Önəmli sənədlər imzalamaq, uzunmüddətli anlaşmalara varmaq məsləhət deyil. İşgüzar təmaslarda həddən artıq diqqətli və sərvaxt olun. Mühüm danışıqlarla görüşlərdə səlis davranın, formal şərtlərə riayət edin. Ekstravaqant təsir bağışlamağa can atmayın. Günün ikinci yarısında hüquqi məsələləri həll etmək, məhkəməyə şikayət etmək sərfəli deyil. Yaxınlarınızdan biri ilə əldə edilmiş razılığı unutmaq, birgə layihənin təfərrüatlarını yaddan çıxarmaq təhlükəsi var.
Qız - ehtiyatlı və səbrli olun. Təmkinlə davranmasanız, heç nəyə nail ola bilməyəcəksiniz. İşgüzar fəallıq səviyyəsi aşağıdır. Yeni layihələrə başlamaq üçün əlverişli gün deyil. Cari işlərdən bəzilərini etibar etdiyiniz insana tapşıra bilərsiniz. İmkan varsa, birgə fəaliyyətə üstünlük verin. Maliyyə işlərində risk etməyin. Günün ikinci yarısında istənilən formalı şübhəli anlaşma və sövdələşmələrdən uzaq durun. Başqalarına görə məsuliyyəti boynunuza götürməli, səhvlərin nəticələrini aradan qaldırmalı olacaqsınız. Özünüzlə müqayisədə başqalarına daha tələbkar olmayın, dostlar və yaxınlarla münasibətlərdə problemlər yaratmayın.
Evdə ailə üzvləri ilə dil tapmaq çətinləşir.
Tərəzi - maraqlarınızı müdafiə etmək asan olmasa da, qətiyyətli və iradəli olun. Əks təqdirdə ciddi problemlər yaranacaq. Sizə təsir etmək, manipulyasiyaya əl atmaq istəyənlər var. Yaxın ətrafınızdakı insanlardan biri sizdən sui-istifadə etməyə can atır. İntuisiyanıza qulaq asın, özünü dost kimi qələmə verən hiyləgərin əlində marionetkaya çevrilməyin.
Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. Günün ikinci yarısında birgə layihədə iştirakla müqayisədə müstəqil fəaliyyət daha məhsuldar olacaq. Dəvət aldığınız tədbirə qatılın. Yaxınlarınızla çox vaxt keçirməyə çalışın. Ünsiyyət faydalı və xoş olacaq. Texnika, nəqliyyat vasitəsi almaq olar.
Əqrəb - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeniliyi əxz etməklə yanaşı, əvvəllər əldə etdiyiniz biliklərin bir qismini tətbiq etmək imkanları yaranır. Dostlar, həmkarlar və həmfikirlərə etibar etmək olar. Müəyyən önəmli məsələnin həlli ilə bağlı məsuliyyət üzərinizə düşür. Həmin məsuliyyətdən yayınmayın. Günün ikinci yarısı bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı vaxtdır. Parlaq, təkrarolunmaz insan olduğunuzu göstərin. Axşam saatlarında əylənin, günün stressini unutmağa çalışın.
Oxatan - başladığınız işlərdə mükəmməliyə can atın. Yalnız zahiri gözəlliyə inanmayın. Qarşılaşacağınız insanların fərdi məziyyətlərinə fikir verin. Təmasda olduğunuz şəxsləri dəyərləndirəndə hisslərə qapılmayın. Yanlış təəssüratın əsirinə çevrilməyin ki, şəxsi münasibətlərdə mənfi təmayüllər formalaşmasın. Günün ikinci yarısı yeni planların reallaşması, ideyaların izharı, maraqlı fəaliyyət zamanıdır. Alış-veriş üçün yaxşı vaxtdır. Yaşam arealında konstruktiv dəyişikliklər etmək olar. Axşam saatlarını musiqi sədaları altında keçirmək olar.
Oğlaq - çox uğurlu gündür. Başladığınız işlərin praktiki olaraq hamısını başa vura bilərsiniz. Peşəkar fəaliyyət sahəsində qeyri-standart və mürəkkəb problemlərin həlli ilə bağlı problemlər yaranmayacaq. Eksperimentlər aparmaq, qarşınıza qoyduğunuz məqsədə doğru fərqli yollar aramaq olar. Məhz belə davranmağınızın səbəblərini yaxın ətrafınızdakı insanlara açıqlamaya da bilərsiniz. Günün ikinci yarısında lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınızla tərəfdaşların təşəbbüslərinə mane olmayın. Maliyyə məsələləri baxımından əlverişli zamandır. Alış-veriş etmək olar.
Dolça - baş verənlərə rəğmən sakit və təmkinli olun. Çətin olsa da, çalışın. Günün ortaları ən mürəkkəb zamandır. Emosiyaların əsirinə çevrilsəniz, işlər alt-üst olacaq. Aqressiv, davakar, qıcıqlı davranmayın. Belədə özünüz zərər görməklə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də problem yaradacaqsınız. İşdə rəhbərliklə münaqişə istisna deyil. Günün ikinci yarısında planlaşdırılmamış alış-verişdən, bədxərclikdən uzaq olun. Ən xırda və kiçik məsələlərdə belə, sayıq davranın. Sonradan acı təəssüf hissi yaradacaq yanlışlıqlara yol verməyin.
Balıqlar - asan və sadə gündür. Faydalı təmaslar qurmaq, yaxşı məsləhət verəcək və ya dəstək olacaq insanlarla tanış olmaq mümkündür. Yeni tanışların rəğbətini qazanmağa çalışın. Əks cins mənsubunun diqqətini cəlb edəcəksiniz. Günün ikinci yarısı təcrübənizdən maraqlarınızın təminatı üçün yararlanmaq zamanıdır. Axşam saatlarında diqqətli olun.
Mənbə: Milli.Az
3 dekabr 2013
GO BACK