Qadin.NET / Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

 

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi əmirliyin qurulmasının 42-ci ildönümü münasibəti ilə qəbul təşkil edib. APA-nın məlumatına görə, tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim əl-Eqfeli çıxışı zamanı bildirib ki, 2 dekabr BƏƏ-nin tarixində xüsusi bir gündür. Onun sözlərinə görə, 42 il əvvəl bu tarixdə yeddi əmirliklərin hakimləri bir araya gələrək, insanların rifahını və əmin-amanlığını təmin edən böyük bir ittifaq yaradıblar. Səfir həmçinin ikitərəfli münasibətlərə toxunub. O bildirib ki, BƏƏ ilə Azərbaycan arasında əlaqələr genişlənir və bütün sahələri əhatə edir. Çıxışın sonunda diplomat qeyd edib ki, bu yaxınlarda BƏƏ-nin Dubay şəhəri EXPO-2020 sərgisinə ev sahiblik etməyə hüquq qazanıb və buna görə ölkəsi beynəlxalq ictimaiyyətə öz təşəkkürünü bildirib. Sonra Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edib. O, Azərbaycan hökuməti adından səfiri ölkəsinin milli bayramı ilə münasibəti ilə təbrik edib. Nazir bildirib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. Ş.Mustafayev həmçinin vurğulayıb ki, mövcud hüquqi baza ikitərəfli ticarət əlaqələrin inkişafına zəmin yaradır. 

 

Mənbə: Lent.Az

2 dekabr 2013
GO BACK