Qadin.NET / Kişilər smartfonlarla daha çox nə çəkirlər?

Kişilər smartfonlarla daha çox nə çəkirlər?

 

Samsung korporasiyasının sifarişi üzrə Böyük Britaniyada keçirilmiş tədqiqatlara istinadən Daily Mail nəşri yazır ki, kişilər qadınlarla müqayisədə smartfonla daha çox fotoşəkil çəkdirirlər və həmin şəkilləri sosial şəbəkələrdə yerləşdirirlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, psixoloqların fikrincə, selfie (öz fotoşəkillərin) kişilər üçün "təhlükəsiz şöhrətpərəstlik forması"dır. Britaniyalılar arasında keçirilmiş sorğuya əsasən, kişilər qadınlarla müqayisədə öz smartfonlarının kameralarının köməyi ilə daha çox fotoşəkil çəkdirirlər. Bundan başqa, araşdırma zamanı məlum olub ki, respondentlərin 52%-i öz fotoşəkillərini çəkən kimi dərhal sosial şəbəkəyə yerləşdirirlər. HTC şirkətinin bu yaxınlarda keçirilmiş sorğusuna əsasən, britaniyalılar aylıq sosial şəbəkələrdə təxminən 35 milyon selfie fotoşəkil dərc edirlər. Qeyd edək ki, selfie sözü Oksford lüğətini tərtib edənlərin versiyasına görə 2013-cü ilin sözü elan edilib.

 

Mənbə: Milli.Az
2 dekabr 2013
GO BACK