Valideynlərin keçirdikləri qorxular genetik yaddaşla övladlara keçir. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir məlumat "Nature Neuroscience" jurnalında dərc olunub. Siçanlar üzərində keçirilən sınaqlar göstərib ki, heyvanlar müəyyən iylərdən qorxurlar və bu qorxu irsən keçir. Sınaq müddətində siçanlarda hansısa iyə qarşı qorxu hissi yaradıblar. Sonradan isə həmin heyvanların spermalarını sınaqdan keçiriblər. Bu zaman həmin qorxunu hiss etdirən Olfr151 reseptoru DNT-də aşkarlanıb.
Mənbə: Milli.Az