Qadin.NET / Yeni evlənənlərə xoş xəbər

Yeni evlənənlərə xoş xəbər

 

Ailə cəmiyyətin əsas özəyi, kiçik modelidir. Ailənin sabitliyi elə cəmiyyətin sabitliyi deməkdir. Məhz buna görə də ailələrin daha davamlı və möhkəm olması üçün ailə quran və tərəflərdən biri işləməyən cütlüklərə müəyyən köməkliyin edilməsi nəzərdə tutulur. Anspress yazır ki, bu layihə varlı və kasıb olmasından asılı olmayaraq gənc ailələrin sosial müdafiəsini nəzərdə tutur. Gənc ailələrin sosial müdafiəsi haqqında qanunu layihəsinin mahiyyətində gənc ailələrə dəstək məsələsi öndə durur. Millət vəkili Hadi Rəcəblinin sözlərinə görə, gənc ailələr əsasən mənzil sarıdan əziyyət çəkirlər. Digər bir məsələ isə gənc ailələrə ipoteka kreditinin uzun müddətə, az faiz və az əməkhaqqı ilə verilməsidir. Ən əsas problemlərdən biri isə tərəflərin işlə təmin edilməsidir. “Ona görə biz belə bir təklif irəli sürmüşük ki, həmin ailələrdən tərəflərdən biri işləmirsə, o zaman işlə təmin edilsin. İnsanların ailə qurmamasının əsas səbəblərindən biri işsizlikdir. Əsas məsələ indi əgər bu təklif qəbul edilərsə, onun müəyyənləşməsidir. Axı hamı hər işlə razılaşmır”. Qanunda nəzərdə tutulan digər bir məsələ isə ailələrin sosial-psixoloji durumunun yaxşılaşdırılmasıdır. Rəyini öyrəndiyimiz paytaxt sakinləri belə bir təklifin qəbul edilməsini müsbət hal kimi qarşılayırlar. Hazırda qanun layihəsinin üzərində iş gedir. Yekunlaşdıqdan sonra isə layihə müzakirə üçün Milli Məclisə göndəriləcək.

 

Mənbə: Milli.Az

2 dekabr 2013
GO BACK