Qadin.NET / Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq

Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq

 

Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə 6-8 dekabr 2013-cu il tarixdə Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycanı sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri təmsil edəcəklər. Milli.Az-ın Güləş Federasiyasından aldığı məlumata görə, böyük məşqçiRövşən Süleymanovun başçılığı altında qızlardan ibarət yığma komanda 4 çəki dərəcəsində mübarizə aparacaq. Heyətdə Ülkər Babayeva (38 kq),Türkan Nəsirova (46 kq), Sona Tumarxanova (49 kq) və Ləman Qurbanova (56 kq) yer alıblar. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında sərbəst güləş üzrə yeniyetmə oğlanlardan ibarət yığma komanda isə tam heyətlə iştirak edəcək. Heyətdə Babək Hüseynov (42 kq), Sabutay Əmişov (46 kq), Elvin Namazov (50 kq), Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı (63 kq), Teymur Məmmədov (69 kq),Maqomedsaid Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) yer alıblar.
Mənbə: Milli.Az

 

2 dekabr 2013
GO BACK