Qadin.NET / Aİ Ukraynaya qarşı sanksiya tətbiq etməyi nəzərdə tutmur

Aİ Ukraynaya qarşı sanksiya tətbiq etməyi nəzərdə tutmur

 

Avropa İttifaqı Ukraynadakı etirazlarla və hakimiyyətin buna reaksiyası ilə bağlı bu ölkə barəsində mümkün sanksiyaların tətbiqini müzakirə etmir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bəyan edib. M.Kosyançiç hansısa sanksiyaların tətbiqinin mümkünlüyü ilə bağlı suala cavab verərkən deyib: "Sanksiyalara gəldikdə, indi bu müzakirə edilmir". O qeyd edib ki, Aİ Ukraynada münaqişə tərəflərini təmkinli olmağa çağırır: "Biz sərbəst toplaşma azadlığı, söz azadlığı, azad və açıq KİV kimi təməl prinsipləri dəstəkləyirik. Lakin prosesin həm də dinc olması vacibdir. Biz Ukrayna cəmiyyətində bütün tərəfləri ziddiyyətləri dinc yolla həll etməyə, məsələləri müzakirə etməyə və qarşılıqlı sərfəli razılığa gəlməyə çağırırıq".
Mənbə: Milli.Az
2 dekabr 2013
GO BACK