Qadin.NET / Pakistanda Azərbaycanla bağlı sərgi

Pakistanda Azərbaycanla bağlı sərgi

 

Pakistanda Azərbaycanla bağlı sərgi

Pakistan İslam Respublikasında Azərbaycanla bağlı sərgi təşkil olunub. APA-nın məlumatına görə, Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təşkil olunan və İslamabadın “Serena” mehmanxanasında keçirilən sərgidə ölkənin tarixini, mədəniyyətini, həyat tərzini əks etdirən əşyalar, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş olunub. Sərgidə Pakistanın hökumət üzvləri, millət vəkilləri, digər dövlət və ictimai qurumların, eləcə də Pakistan mediasının, Azərbaycanın Pakistandakı səfirliyin nümayəndələri iştirak ediblər. Tədbirə təşrif buyuranlar Azərbaycan mətbəxinin ləziz növlərindən - ballı tort, şəkərbura, külçə, meyvəli pirojna və digər qidalara xüsusi maraq göstəriblər.

Pakistanda Azərbaycanla bağlı sərgi

Pakistanda Azərbaycanla bağlı sərgi

Pakistanda Azərbaycanla bağlı sərgi

Pakistanda Azərbaycanla bağlı sərgi

Pakistanda Azərbaycanla bağlı sərgi

 

Mənbə: Lent.Az

2 dekabr 2013
GO BACK