APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, o, ilk olaraq Gümrü şəhərinə səfər edib. V.Putin Gümrüdə Razdan İstilik Elektrik Stansiyasının beşinci blokunun istismara verilməsi mərasimində iştirak edəcək, Rusiya ordusunun 102-ci hərbi bazasına baş çəkəcək, Rusiya-Ermənistan regionlararası forumuna qatılacaq və Spitak zəlzələsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəyə əklil qoyacaq. Günün ikinci yarısında Rusiya prezidenti İrəvana yollanacaq, Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə “erməni soyqırımı” abidəsini ziyarət edəcək. Yüksək səviyyəli danışıqlardan sonra dövlət başçıları mətbuat üçün birgə açıqlama ilə çıxış edəcəklər. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir.
Mənbə: APA.Az