Qadin.NET / TQDK valideynlərə müraciət etdi

TQDK valideynlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) valideynlərə və əlaqələndiricilərə müraciət edib TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, valideynlərə müraciətdə ümumtəhsil müəssisələrində təhsil alanların valideynlərindən “şagird-məzun” sisteminə fərdi məlumatların daxil edilməsi üçün övladlarına şəxsiyyət vəsiqəsinin alınmasını təmin etmələri xahiş olunur. Əlaqələndiricilərə isə bildirilib ki, TQDK tərəfindən sistemə avtomatik daxil edilmiş 10-cu və 11-ci sinif şagirdləri haqqında məlumatlar tam və dəqiq yoxlanmalı, şagirdin digər məktəbə keçirilməsi, sinfinin dəyişdirilməsi, hər hansı səbəbdən təhsilini davam etdirməməsi və bu kimi digər zəruri hallarda məlumatlara əlavə və düzəlişlər edilməlidir. Şagird artıq əvvəlki illərdə oxuduğu məktəbdə təhsil almırsa, sistemdə şagirdin məktəbdən çıxarılmasını əks etdirən bəndlərdən uyğun olanı seçilməlidir. Verilənlər bazasında adi olmayan şagirdlər haqqında məlumatlar isə sistemə daxil edilməlidir. Qeyd olunub ki, şagirdlər haqqında fərdi məlumatlar daxil edildikdə şəxsiyyət vəsiqəsi əsas götürülməlidir. Yadda saxlanmış məlumatların dəqiqliyinə əmin olmamış təsdiq etdirməsini sıxmağa tələsməyin.

Mənbə: Milli.Az

2 dekabr 2013
GO BACK