Populyar ani mesajlaşma proqramı olan Whatsapp-ın yüksəlişi davam edir. Milli.Az Gizmodo-ya istinadən bildirir ki, proqram bu dəfə dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un ani mesajlaşma servisi olan Facebook Massenger-i geridə qoyub. Device adlı internet sayt Whatsapp-ın populyarlığını tədqiq etmək üçün 4 ölkədə 4 min smartfon sahibi arasında anonim rəy sorğusu keçirib. Bəlli olub ki, hər 100 nəfərdən 44-ü Whatsapp-dan, 35 nəfər Facebook-dan istifadə edir. Bu arada Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfon sahibləri arasında BBM və WeChat ani mesajlaşma proqramları da sürətlə populyarlaşmaqdadır. Whatsapp-ın baş icraçı direktoru Yan Koumun dediyinə görə, bir müddət sonra istifadəçi sayına görə Whatsapp proqramı Twitter-i də geridə qoyacaq.
350 milyon aktiv istifadəçisi olan Whatsapp-da hazırda 24 saatda minimum 27 milyard mesaj göndərilir.
Mənbə: Milli.Az