Azərbaycanın mobil rabitə xidmətləri sektorunda Mobil Nömrələrin Daşınması (Mobile Number Portability - MNP) prosesinə başlamaq üçün hazırlıq gedir.Artıq gələn il yanvar 1-dən etibarən tamamilə bu sistemə keçidin həyata keçirilməsi nəzərdə tutulub.Bunu APA-ya açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq mobil operatorlarla bu istiqamətdə danışıqlar gedir: "İstehsalçı şirkətlər də avadanlıqlarla təchiz edilib. Artıq yanvarın 1-dən mobil nömrələrin daşınması xidmətinin tamamilə başlanmasını gözləyirik. Hazırlıq işlər yüksək səviyyədə görülür və həmin vaxta qədər bunu çatdıracağıq".
Mənbə.Milli.Az