Den və Nikki Kuklar indi özlərini əla hiss etdiklərini deyirlər. Onlar hətta çox bəxtəvər yaşadıqlarını söyləyirlər. Çünki oğulları, balaca Freddi anadan olandan sonra ölümdən qurtulmuşdu.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Freddi Kuk doğulandan sonra 20 dəqiqə nəfəs almamışdı. Həkimlər ilk əvvəl onun öləcəyini düşünmüşdülər. Lakin uşağın nəfəs almadığını görəndə Freddi dərhal reanimasiya bölməsinə aparılıb və onun həyatının xilas edilməsi üçün intensiv müdaxilələr başlanıb.Həkimlərin səyləri nəticəsində Freddi nəfəs almağa başlayıb. Lakin onun indiuksiya edilmiş hipotermiyaya məruz qaldığı güman edilirdi və Nikkiyə də deyildi ki, uşaq sağ qalsa belə, ömrünün sonunadək yatağa məhkum yaşayaşacaq. "Onun beyin funksiyaları pozulacaq, uşaq şikəst böyüyəcək. Uşağın gəzə bilməsi, danışması, nə isə anlaması ehtimalı çox azdır", - həkimlər söyləyirdilər.Buna rəğmən, xilasetmə davam olunub.Uşağın ölümdən qurtulması üçün yeganə çıxış yolu qisminlə unikal müdaxilə variantı seçib.Həkimlər hipotermiyaya əl ataraq balaca Freddinin bədən hərarətini 12 saat ərzində 33 dərəcədə saxlayıblar.Uşağın qollarına və bədəninə içində buz olan paketlər qoyulmuşdu.12 saatdan sonra uşaq ağlamağa, hərəkət etməyə başlayıb.Bu isə Freddinin beyin funksiyalarının normada olduğuna dəlalət edirdi. Freddinin anası, 30 yaşlı Nikkinin dediyinə görə, həkimlər möcüzəyə nail olublar."Onu ölümdən qaytardılar. Oğlumu mənə uzadanda sanki həyatımın ən gözəl hədiyyəsini aldım. Freddini xilas edən hər kəsə minnətdaram", - Nikki deyib. 2011-ci ilin dekabrın 20-si Freddinin ikinci ad günü oldu.Həmin gün İngiltərənin Oksford şəhərindəki Con Redkliff hospitalında Freddi ölümdən qurtulmuşdu.
Mənbə: Milli.Az