İki dəfə dünyanın ən eybəcər iti tituluna layiq görülmüş Elvud ləqəbli it ölüb. Milli.Az Rusiya mətuatına istinadən bildirir ki, itin 8 yaşı var idi. İtin sahibi Karen Kuiqlinin sözlərinə görə, it gözlənilmədən noyabrın 28-də ölüb. Güman olunur ki, itin ölümünə səbəb xərçəng xəstəliyi olub. 2007-ci ildı Elvud "Dünyanın ən eybəcər iti" adına layiq görülmüşdü. 2008-ci ildə it uğurunu təkrar etmişdi.
Mənbə: Milli.Az