Yaşıdlarından və dostlarından fərqli olaraq, Qabriel Munis yeriyəndə çox əziyyət çəkir. O, anadangəlmə əlildir. 11 yaşlı Qabriel ayaqlarında problemlə doğulub, daha doğrusu, onun ayaqları doğulandan az sonra inkişafdan qalıb.
Balaca oğlanın ayaq pəncələri yoxdur. Lakin buna rəğmən balaca Qabriel qaçır, oynayır, hətta top da qovur. Yaşıdlarının dediklərinə görə, Qabriel əla futbol oynayır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Braziliyanın kiçik Kampos dus Qoytaçes şəhərində doğulan və böyüyən Qabriel Munisin futbola olan sevgisi, futbolçu istedadı o qədər böyükdür ki, yerli klubun məşqçiləri onu heyrətlə izləyirdilər.Munis meydana çıxanda ondan top almaq çətin məsələdir. Çox böyük sürətlə qaçmağa çalışan Qabriel onu saxlamağa can atan rəqiblərini asanlıqla aldadır və qollar vurur.Bunu İspaniyanın "Barselona" klubunun skautları da görüblər və Qabrieli Barselonaya dəvət ediblər.Ayaqların anadangəlmə inkişafdan qalma sindromu olan apodiyaya mübtəla olan Qabriel Munisin ayaq pəncələri çox kiçik, güclü deformasiyaya uğramış şəkildədir.
Buna rəğmən, Qabriel dünyaca məşhur futbolçu olmaq istəyir. O, "Barselona"da olarkən Lionel Messi, Viktor Valdes, Adriano və Daniel Alveslə görüşüb.Qabrielin anası Sandra deyir: "Həkimlər dedilər ki, oğlum gəzə bilməyəcək. Dərdimlə artıq barışmışdım. Amma Qabriel 10 aylıq olanda gəzməyə başladı. Halbuki o, hələ danışa bilmirdi. Bir qədər sonra isə o, topla oynamağa başladı".Sandranın sözlərinə görə, yaxşı futbol oynayan Qabrieli oxuduğu məktəbin komandasına çağırdılar və az sonra o, komandanın ulduzuna çevrildi.Qabriel ayaqdan əlil uşaqların hamısı kimi protez taxsa da, futbola çatanda protezləri çıxarıb bir kənara atır.O, meydanda protezsiz oynayır.Qabrielin "Barselona" skautlarının diqqətini çəkdyi anlar isə Rio-de-Janeyrodakı "Sakaurema" klubunda yaşanıb."Arzum Lionel Messi kimi futbol oynamaqdır. Amma arzuma çatdığımı da deyə bilərəm. Çünki "Barselona"da oldum, fanatikcəsinə sevdiyim futbolçularla görüşdüm", - Qabriel Munis deyib.
Mənbə: Milli.Az