Qadin.NET / Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"

Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"

 

Tezliklə milli tankın seriyalı istehsalı başlanacaq. Trend Hurriyet Daily News qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyənin Koc Holding konqlomeratına daxil olan Otokar şirkəti, Altay yeni nəsil milli döyüş tankının ilk prototipini yaradıb. "İndi biz öz tankımızı istehsal edə bilərik. O, hazırda test mərhələsindədir", - Ərdoğan bildirib. Ərdoğanın sözlərinə görə, Türkiyə texnika istehsalında böyük uğurlar qazanıb. "Biz milli helikopter və ANKA pilotsuz kəşfiyyat təyyarəsini istehsal etmişik, hesab edirəm ki, bu uğurun göstəricisidir", - baş nazir bildirib. Onun sözlərinə görə, tezliklə Türkiyə milli pilotsuz təyyarələrin ixracına başlaya bilər.

 

Mənbə: Milli.Az
2 dekabr 2013
GO BACK