Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 7-10°, gündüz 14-17° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 755 mm civə sütununadək yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 11-16° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 2-7°, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə az yağış yağacaq, gün ərzində, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı gözlənilir. Temperaturun gecə 7-9°, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır.
Mənbə: Milli.Az