Qadin.NET / Əfsanəvi avtomobil satıldı

Əfsanəvi avtomobil satıldı

1951-ci ildə buraxılmış əfsanəvi Hudson Hornet özünün Nascar -da uğurlu çıxışı ilə məşhurlaşmışdı: ardıcıl üç titul və 108 startda 66 qələbə. Milli.Az 4charx.com-a istinadən bildirir ki, seriya maşınlar öz spesifik dizaynları və Nascar bolidlərindən qalma Twin-H Power bir cərgə altısilindrli mühərrikləriylə tanınırlar. Belə mühərriklə cəmi 35 Hornet buraxılmışdı ki, bu da onu ən nadir və bahalı maşınlardan biri edir. Təəccüblüdür, amma belə avtomobillərdən biri keçən həftə Mecum Auctions hərracında üzə çıxdı. Hornet kabrioleti öz yeni sahibinə 150 000 dollara başa gəldi (1969-cu il Hugger Orange COPO Camaro modelindən cəmi 30 000 dollar ucuz). Hudson Hornet 1953-cü il buraxılışı opsional hidravlik pəncərə qaldıranlarla və avtomatik transmissiya ilə təchiz edilib. Maşın diqqətlə bərpa edilib və o vaxtdan cəmi 1 600 kilometr məsafə qət edib.
Əfsanəvi avtomobil satıldı
Əfsanəvi avtomobil satıldı
Əfsanəvi avtomobil satıldı
Əfsanəvi avtomobil satıldı
Əfsanəvi avtomobil satıldı
Mənbə: Milli.Az
1 dekabr 2013
GO BACK