Qadin.NET / Google-da Apple-dan istifadə olunur

Google-da Apple-dan istifadə olunur

 

Google şirkətinin Chrome OS əməliyyat sisteminə və bu sistemlə işləyən noutbuklara malik olmasına baxmayaraq internet nəhənginin əməkdaşları Apple şirkətinin istehsalı olan kompüterlərdə işləməyi üstün tutur. Şirkətin ofislərində ümumilikdə 43 min Mac kompüterindən istifadə olunur. Bu barədə LISA'13 konfransında şirkət rəhbərliyinin nümayəndələri bildirib. Google-un sistem mühəndisinin sözlərinə görə, əvvəllər şirkətdə Apple istehsalı olan kompüterlərin sayı çox az olub. Lakin hazırda Mac kompüterləri əsas iş alətinə çevrilib, digər sistemli qurğulardan isə yalnız istehsalat zərurəti yarananda istifadə edilir. Bununla belə, şirkət nümayəndəsi bu halda bəzi çətinliklərin yaranmasını qeyd edib. Belə ki, Googleda istifadə olunan bütün Mac kompüterlərinin idarə olunması üçün etibarlıq baxımından Apple alətlərindən istifadə edilmir. İnternet şirkətinin mühəndisləri Mac OS X server və Apple Remote Desktop əməliyyat sistemləri əvəzinə kompüterlərin monitorinqi, nəzarəti və idarəetməsi üçün öz proqram təminatını hazırlayıblar.
Mənbə: Milli.Az
1 dekabr 2013
GO BACK