Qadin.NET / Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?

Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ölkəmizin müxtəlif bölgələrində toxunan xalçalar hər zaman öz xüsusiyyəti ilə seçilib. Qərb bölgəsində isə Qazax rayonu əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olub. Burada toxunan müxtəlif naxış elementləri və təsvirləri ilə bəzədilən xovlu və xovsuz xalçalar həm ölkədə, həm də ölkədən kənarda böyük marağa səbəb olub. Hələ keçən əsrin əvvələrində hər Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyarmış. Bu gün isə gənclərin bu sahəyə marağı əvvəlki qədər deyil. İllərdir xalça toxumaqla məşğul olan Səyyarə Rzayeva bildirir ki, gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi, bəlkə də, işin çətinliyidir. Müasir dövrdə daha çox sifarişlə işlədiklərini deyən toxucular, alıcıların daha çox "Star Qazax", "Şıxlı" "Qaraçöp", "Bərdə-Çələbi" xalçalarına üstünlük verdiklərini qeyd edirlər. Ölçüsündən asılı olaraq xalçalar 40-60, hətta 90 günə toxunub hazırlanır. Qazax xalçalarının ölçüsünə görə qiyməti də fərqlidi. Onların dəyəri 150 manatdan, 9 min manata qədər dəyişir. Qeyd edək ki, Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edib. Londonun Milli Qalereyasında saxlanılan italyan rəssamı Karlo Krivelonun "Müjdə", 1486-cı ildə alman rəssamı Hans Holbeynin "Elçilər" əsərlərində bu xalçaların təsviri verilib. Qazax xalçaları kiçik sıxlığı hündür xovlu olmaları və möhkəmliyi ilə seçilir.

 

Mənbə: Milli.Az

1 dekabr 2013
GO BACK