Milli.Az 4charx.com-a istinadən bildirir ki, gələn ilin yazında BMW markasının daha bir yeni modeli M Performance firma idman bölməsindən idman aksessuarları əldə edəcək. Söhbət satışları 2014-cü ilin martında başlayacaq BMW X5 krossoverinin üçüncü nəsilindən gedir. Gözlənildiyi kimi, kökləmənin zavod dəsti seriya avtomobilləri sahiblərinə təkcə eksteryerə və interyerə fərdilik əlavə etməyə deyil, həm də əsas texniki detalların məhsuldarlığını yaxşılaşdırmağa da imkan verir. BMW M Performance kökləmə-paketi X5 yolsuzluq avtomobilinin bütün versiyaları üçün təklif ediləcək. Xarici staylinq üçün tüner öz müştərilərinə radiator üçün qara barmaqlıq, yan arxa görünüş güzgüləri üçün karbon korpuslar və qabaq bamper üçün splitter, "M Performance" yazısıyla qara kəndar qoyulmaları və arxa bamperin karbon diffuzorunu təklif etməyə hazırdır. İki rəngli 21 düymlük təkər diskləri, xromlanmış və ya karbonabənzər hazırlanmış işlənmiş qazları xaricetmə sistemi boruları və M Performance gücləndirilmiş əyləc sisteminin göy rəngli tutqacları da avtomobilin xarici simasına eksklüzivlik əlavə edir. Salonu tünerlər alkantara üzlüklü idman sükanı, karbonla bəzədilmiş ötürücü qutu dəstəyi, alüminium pedallar və BMW M Performance bölməsi loqotipiylə döşəmə xalçaları ilə təchiz edə bilərlər.