Ukraynanın hökümət saytları güclü kiber hücumlara məruz qalıb. Anspress İTAR TASS-a istinadən xəbər verir ki, Ukraynanın Daxili İşlər Nazirliyinin saytı hakerlərin hücum obyekti olub. Hakerlər DİN-in saytında mitinqlərin dağıdılmasına etirazlarını bildirib. Hakerlər Kiyevin Müstəqillik Meydanında polisin nümayişçilərə qarşı vəhşiliyinin yol verilməz olduğunu DİN-in saytının ana səhifəsinə yerləşdiriblər. Həmçinin bu hücumların başlanğıc olduğunu deyiblər. Hazırda DİN-in saytı fasilələrlə işləyir. Qeyd edək ki, Ukraynanın Avropa İttifaqı ilə assosasiya sazişini imzalamaqdan imtina etməsi barədə bəyanatı ölkədə güclü ictimai təpki ilə qarşılanıb.
Mənbə: Milli.Az