Milli.Az EL TV-yə istinadən xəbər verir ki, 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitabları toplamaqla məşğul olan Göyçay şəhər sakini Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirib. Ruslan Məmmədov turistlərin ən çox gəlib-getdiyi Qəbələnin Duruca kəndindəki şəxsi evində muzey və kitabxana yaradıb. O, şəxsi kitabxanasına topladığı 2100-ə yaxın qədim əlyazmaları, müxtəlif əsrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələrini
mühafizə edir. Onlar arasındakı ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan
həmin əlyazma kitab “Qurani-Kərim”in təfsiridir.
Kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100 yaşı var. “Mehr və müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir. Ölkəmizdə bu kitabın cəmi 4 nüsxəsi mövcuddur ki, onlardan 3-ü Azərbaycan Əlyazmalar İnstitutunda, biri isə Ruslan Məmmədovun şəxsi kitabxanasındadır. Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü “Qurani-Kərim” kitabının uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı var. Ruslan Məmmədov şəxsi kitabxanasında ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlayır. O, qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. O, öz evində kitabların üzünü yenidən cildləyir, səhifələrini müxtəlif üsullarla bərpa edir. Ruslan Məmmədov müxtəlif
sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Həmin kağız pullar arasında M.Ə.Rəsulzadənin tapşırığı ilə 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu və Nadir şahın əmri ilə hazırlanan əskinaslar diqqəti çəkir. O, bu günədək 200-ə yaxın belə qədim əşya və əskinas topladığını bildirib. Ruslan Məmmədov qədim kitabları, əskinaz və məişət əşyalarını müxtəlif rayonlarda yaşayan insanlardan topladığını bildirib. Şəxsi kitabxanasını və muzeyini daha da zənginləşdirəcəyini bildirən Ruslan Məmmədov onun kitab və eksponatları ilə tanış olmaq istəyənlərə hər zaman şərait yaratdığını deyib. Ruslan Məmmədov Qəbələ rayonunda Dəmiraparan çayının sahilində yerləşən Duruca kəndindəki evində bu muzey və kitabxananı yaratmaqla Azərbaycan xalqının qədim mədəniyyətinin, tarixinin, ədəbiyyatının, dini inancının, sənətkarlıq bacarığının necə yüksək olduğunu yerli və xarici turistlərə təqdim etməkdir. Onun muzeyi və kitabxanası Qəbələ şəhərinin şimalında inşa edilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin yanında yerləşir ki, bu da gələcəkdə həmin əraziyə gələn turistlərin Ruslan Məmmədovun qoruyub saxladığı qədim-maddi mədəniyyət nümunələri və kitablarla yaxından tanış olmasına imkan yaradacaq.

Mənbə: Milli.Az