Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində inşa olunan yol ötürücüsünün bu ilin sonunadək istismara verilməsi planlaşdırılıb. "Azəryolservis"dən El Televiziyasına verilən məlumata görə, ötürücünün uzunluğu 630, eni 9 metr olacaq.
Mənbə: Milli.Az