Qadin.NET / İndoneziyada bir gündə iki güclü zəlzələ baş verib

İndoneziyada bir gündə iki güclü zəlzələ baş verib

 

İndoneziyanın qərb sahilində 5,8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin yerli vaxtla saat 10:29-da Sumatra adası yaxınlığında baş verdiyini bildirir. Zəlzələnin episentri Sumatra adasındakı Sibolqa şəhərindən 260 km məsafədə, yerin 5 km dərinliyində qeydə alınıb. Qeyd edək ki, bundan əvvəl - bu gün səhər saat 05:24-də 6,4 bal gücündə, episentri Maluku əyalətinin Saumlaki şəhərindən 343 km şimal-qərbdə, yerin 9 km dərinliyində olan zəlzələ baş verib. İndoneziya Seysmoloji Agentliyi isə zəlzələnin 6,7 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
Mənbə: Milli.Az
1 dekabr 2013
GO BACK