Qadin.NET / Azərbaycanlılar ermənilərlə sülh bağladılar

Azərbaycanlılar ermənilərlə sülh bağladılar

 

Türkiyənin Antalya şəhərində keçirilən komandalar arasında dünya çempionatında növbəti turun oyunları keçirilib. Anspress-in məlumatına görə, dünya birinciliyində mübarizə aparan yığmamız prinsipial rəqib - Ermənistan kollektivi ilə üz-üzə gəlib. Görüş heç-heçə nəticələnib. Birinci lövhədə Ermənistan yığmasının lideri Levon Aronyanla qarşılaşan Rauf Məmmədov rəqibinin oyunun gedişində əldə etdiyi üstünlüyünü heçə endirərək 127-ci geişdə heç-heçəyə razılaşıb. Sergey Movsisyan Eltac Səfərli ilə heç-heçə oynayıb. Vladimir Akopyanın 39-cu gedişdə Nicat Məmmədovu mat etməsindən sonra Vasif Durarbəyli Qabriel Sarkisyana qalib gələrək hesabı bərabərləşdirib. Komandamız bu heç-heçədən sonra 5 xalla 6-cı yerdədir. Ukrayna 10 xalla Dünya çempionatına liderlik edir. Rusiya 7 xalla ikincidir. 6-cı turda yığma komandamız ABŞ kollektivini sınağa çəkəcək.

 

Mənbə: Milli.Az

1 dekabr 2013
GO BACK