Qadin.NET / Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb

Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb

 

Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Təbriz şəhər Bələdiyyəsinin yeni sədri Sadiq Nəcəfi ilə görüşmüşdür. Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Sadiq Nəcəfini bələdiyyə sədri seçilməsi münasibətilə təbrik edən baş konsul Əli Əlizadə, Bakı şəhəri ilə Təbriz şəhərinin qardaşlaşmış şəhərlər olduğunu, Bakı və Azərbaycanın digər şəhərləri ilə iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində Təbriz şəhərinin də önəmli rola malik olduğunu bildirmişdir. Təbrikə görə təşəkkürlərini çatdıran bələdiyyə sədri Sadiq Nəcəfi, Təbriz şəhəri ilə Bakı və Azərbaycanın digər şəhərləri arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində bir çox ortaq zəminlərin olduğunu vurğulamış, Təbriz Bələdiyyəsinin də əlaqələrin daha da inkişafı və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd etmişdir. Görüşdə bələdiyyələr arasında əlaqələrin gələcək inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

Mənbə: Trend.Az

1 dekabr 2013
GO BACK