Qadin.NET / Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər

Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər

 

Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
27 - 29 noyabr tarixlərində Avropa Parlamenti "Parlamentlərdəki qadınların Qlobal Forumu" adlı Zirvə Toplantısına ev sahibliyi etmişdir.Bu Forum dünyanın müxtəlif parlamentlərini təmsil edən qadınları bir araya gətirən və onların təmsil etdikləri cəmiyyətləri daha da irəli aparmaq üçün təcrübə mübadiləsi aparmağa imkan verən ilk tədbirdir. Tədbirin keçirildiyi tarix 120 il öncə dünyada ilk dəfə Yeni Zellandiyada qadınlara səsvermə hüququnun verilməsi ilə əlamətdardır. Trend-in məlumatına görə, forumda 100 ölkədən 400-dən çox qadın millət vəkili iştirak etmişdir. Ölkəmizi bu Forumda Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Sahibə Qafarova və Gülçöhrə Məmmədova təmsil etmişlər. Millət vəkillərimiz çıxışlarında Azərbaycanda qadınlara səsvermə hüququnun hələ 1918-ci ildə verilməsindən bəhs edərək, bunun müsəlman Şərqində bir ilk olduğunu Forum iştirakçılarının diqqətinə çatdırmışlar. Onlar həmçinin Azərbaycan qadının ölkənin ictimai-siyasi həyatında, eyni zamanda təhsil sistemində oynadığı fəal rolundan bəhs etmişlər. Forum plenar sessiyalarla yanaşı müxtəlif mövzularda işçi qrupların iclasları formatında davam etmiş və "Mədəniyyətlər Festivalı" ilə yekunlaşmışdır. Mədəniyyətlər Festivalında Azərbaycan mətbəxinə aid təamlar Forum iştirakçılarına təqdim edilmişdir.

Mənbə: Trend.Az

1 dekabr 2013
GO BACK