Qadin.NET / Günün ulduz falı - 01.12.2013

Günün ulduz falı - 01.12.2013

Qoç - yetərincə çətin gündür. Çox işləməli, yanlışlıqların fəsadlarını aradan qaldırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları, mübahisələr yaranacaq. Rütbəyə, vəzifəyə, tutduğu mövqeyə baxmadan insanları sərt tənqid etməyin. Əks təqdirdə, özünüzə çox güclü düşmən qazanacaqsınız. Maliyyə itkiləri, uğursuz anlaşma, cərimə təhlükəsi var. Borc vermək məsləhət deyil. Borc ala bilərsiniz. Günün ikinci yarısında bütün uğursuzluq və çətinlikləri ürəyinizə salmayın. Fikrə düşməyin, bədbinləşməyin. Yaxınarınız sizə yardım etmək istəyir, amma sizin laqeydliyinizi görərək kənar dururlar. Onlar ünsiyyəti minimuma endirirlər.
Buğa - günün ilk yarısında mühüm işə başlamayın. Bu dövrdə təməli qoyulan proseslər sonradan qənaətbəxş nəticələr verməyəcək. Müttəfiq axtarışlarınız konkret nəticə verməyəcək. Sərt tənqidlərə əl atmayın, aqressiv davranmayın.
Əks cins mənsubu ilə münaqişə ehtimalı artır. Sözlərinizə kəskin reaksiya verilir. Günün ikinci yarısı daha uğurludur və işdə müvəffəqiyyətlər vəd edir. Potensial iş yeri sahibləri və işgüzar tərəfdaşlarla görüş üçün yaxşı zamandır. Yaxınlarınızla səmimi, həssas olun. Onlar hər qələbənizə sevinirlər.
Əkizlər - təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər.
Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz. Hər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın. İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər. Günün ikinci yarısında evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.
Xərçəng - bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin. Fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz. Çoxsaylı faydalı məlumatlar əldə etmək üçün səy göstərin. Günün ikinci yarısı alış-veriş, faydalı fəaliyyət üçün münasib zamandır. Kiçik məsələlərdə hiyləgərlik etməyin. Yalanlarınızın üstü tezliklə açılacaq. Bu isə həddən ziyadə xoşagəlməz məsələdir.
Şir - günün ilk yarısı əlverişlidir. İşlərdə böyük uğurlar əldə edə bilərsiniz. İşgüzar danışıqlarda mövqelərinizi qoruyun. Tərəfdaşlar və nüfuzlu insanlar ilk əvvəl sizinlə razılaşmasalar da, sonradan mövqeyinizi qəbul edəcəklər. Yaradıcılıq potensialınız yüksəkdir. Bilik və bacarıqlarınızı nümayiş etmək imkanlarını əldən verməyin. Günün ikinci yarısı yaxşı başlamasa da, problemlər vəd etmir. Tələsməyin, hövsələsizlik etməyiqn. Ən kiçik, ilk baxışdan önəmsiz məsələlərdə diqqətli olun. Heç nəyi diqqətdən qaçırmayın.
Qız - mürəkkəb, qarışıq gündür. Yaşanacaq olaylar sizə dərs ola bilər. Biznes layihənin reallaşdırılması üçün əlverişli gündür. Yeni planlar qurmaq, yaranmış situasiyanı dəqiq dəyərləndirmək, rəqiblərin səhvlərindən yararlanmaq zamanıdır.
İmkanlarınız və qüvvənizdən artıq işlər görməyə çalışmayın. İllüziyalara qapılmayın, fantaziyaların qurbanı olmayın. Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki problemlərin həlli ciddi səylər tələb edir. Şəxsi problemlər arxa plana keçir. Yaxınlarınız sizdən incimir, çünki işinizin öəmli olduğunu anlamırlar. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Tərəzi - asan və uğurlar vəd edən gündür. Başladığınız hər işdə sürətlə nəticəyə nail olmaq, uğur əldə etmək şanslarınız var. Yeni tanışlıqlar peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də düşərli ola bilər.
Çətin vəziyyətə düşən insanlara yardım edin. Dəvət aldığınız yerə qatılın. Günün ikinci yarısı romantik görüş və ya çoxdan bəri rəğbətinizi qazanmağa çalışdığınız insanla bir araya gəlmək üçün əlverişlidir. Hüquqi məsələni həll edin, sənədləşdirmədə iştirak edin. Viza və icazə almaq olar.
Əqrəb - işgüzar əməkdaşlıq və mürəkkəb layihələr üzərində birgə fəaliyyət üçün əlverişli zaman deyil. Ümumiyyətlə, mühüm saydığınız işləri müstəqil şəkildə, təkbaşına görün. Diqqəti işə yönəldin, izahatlara çox vaxt sərf etməyin.
Planlaşdırılmamış alışlar məsləhət deyil. Xərcləri azaldın. Günün ikinci yarısında ailədəki problemi həll edin. Son vaxtlar yaxınlarınızı narahat edən suallara cavablar tapın. Biznes-planı müzakirə edin, yeni hədəf və məqsədləri müəyyənləşdirin.
Oxatan - günün ilk yarısı uğursuz olacaq. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsir gücü artacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Günün ikinci yarısında cari işlərə yaradıcı yanaşmanı, problemlərin həllində lider məziyyətlərinizi nümayiş etdirin. Tərəfdaşlar və nüfuzlu insanlarla görüşlərdə maksimal dərəcədə səmimi, təbii davranın. Formalaşmış ənənələrin çərçivəsindən çıxmayın. Anlaşma, müqavilələr, sənədlərin imzalanması üçün əlverişli zamandır. Təhsil, biliklərin artırılması, tədqiqat işləri üçün yaxşı zamandır.
Oğlaq - çox maraqlı gün olacaq. Sizi cazibədar və perspektivli layihələr gözləyir. Başlayacağınız işləri uğurla başa vura bilərsiniz. İşgüzar intuisiyanız və hissiyatınız güclüdür. Mənfəətdən daha çox problemlər bəxş edəcək təklifləri qəbul etməyin. Rəqabət mübarizəsində udan tərəf siz olacaqsınız. Rəqiblərlə bədxahları üstələmək üçün ciddi səylərə ehtiyac yoxdur. Günün ikinci yarısında maliyyə durumu stabildir. Alış-veriş edə bilərsiniz. Qeyri-formal şəraitdə istənilən görüşlər üçün əlverişli gündür.
Dolça - uğursuz və stresslə zəngin gündür. Lakin az sonra faydalı olacaq dərslər alın. Ənənələri pozmağa, sosial şərtlərin diqtə etdiyi məqamları geridə qoymağa çalışın. Kimsə sizi izafi dərəcədə ekstravaqant adam saya bilər. Narahat olmayın, Bilik və bacarıqlarınız yetərincə qiymətləndirəcəklər. Günün ikinci yarısında təmaslarınızda diqqətli olun. Sizinlə təmaslara can atanların hamısı səmimi deyil. Yeni tanışlarla bağlı ilkin təəssüratlar dürüst deyil. İmiclə bağlı eksperimentlər üçün əlverişli zamandır. Alış-veriş edə bilərsiniz.
Balıqlar - yeni işlər üçün əlverişli gündür. Məlumatlarınızın çox az olduğu layihəyə belə, başlaya bilərsiniz. İnsanlarla sıx ünsiyyət, təmaslar və fəallıq tələb edən işlərdə uğur qazanacaqsınız.
Kollektiv zəhmət münasibdir. Günün ikinci yarısında yardım istəyənlərə kömək edin. Yaxınlarınızla bahəm, yaxşı tanımadığınız insanlara da arxa durun. Axşam saatlarında baş tutacaq tanışlıq yaşamınızda önəmli rol oynaya bilər.
Ailəvi istirahət üçün əlverişli zamandır.
Mənbə: Milli.Az
1 dekabr 2013
GO BACK