Qadin.NET / Hava haqqında - 01.12.2013

Hava haqqında - 01.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 6-9°, gündüz 12-16° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 11-16° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 0-5°, gündüz 8-13, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal olunur. Temperatur gecə 6-9°, gündüz 11-16° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacaq.

Mənbə: Milli.Az

1 dekabr 2013
GO BACK