Bu gün Kiyev şəhərində keçiriləcək “Uşaq Eurovision-2013” mahnı müsabiqəsinin finalıdır. Lent. az-ın məlumatına görə, həmin müsabiqədə ölkəmizi 10 yaşlı Rüstəm Kərimov təmsil edəcək. O, müsabiqədə Murad Arifin müəllifi olduğu ”Mən və mənim gitaram” mahnısı ilə səhnəyə çıxacaq. Xatırladaq ki, “Ukrayna” Milli İncəsənət Sarayında baş tutacaq konsertdə iştirakçılar “Yaradıcı ol” şüarı ilə bir araya gələcəklər. Müsabiqədə 12 ölkənin nümayəndələri iştirak edəcək. Onu da əlavə edək ki təmsilçimiz Rüstəm 2003-ci ildə Bakıda dünyaya gəlib. O, 2 yaşından oxumağa, 8 yaşından pianoda ifa etməyə başlayıb. Hazırda Rəşid Behbudov adına Musiqi məktəbində təhsilini davam etdirir. Qeyd edək ki, yarışma bu axşam saat 21:00-dan etibarən İctimai Televiziyada yayımlanacaq.
Məbə: Lent.Az