Bu ilin sentyabr ayına olan məlumata görə, Çində internet istifadəçilərinin sayı 604 milyon olub ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 66 milyon çoxdur. Bu haqda Çinin İnternet şəbəkəsi informasiya mərkəzinin direktor müavini Jen Syanlyan deyib. Milli.Az ICTnews-a istinadən bildirir ki, Çində istifadəçilərin əksəriyyəti internetə mobil qurğulardan daxil olurlar: onların sayı 464 milyona çatıb və sürətlə artmağa davam edir. Yüksək artım tempi sayəsində Çində internetin nüfuzetmə səviyyəsi 45%-ə çatıb. Bu göstərici üzrə Çin orta dünya göstəricisini üstələyib", - o deyib.
Mənbə: Milli.Az