Qadin.NET / Nissan Juke belə olmamışdı

Nissan Juke belə olmamışdı

 

Senner Tuning alman şirkəti Nissan Juke Nismo qaynar yapon krossoveri üçün yeni kökləmə proqramı hazırlayıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, tüner Juke Nismo üçün Continental Sport Contact 5P şinləriylə 255/30 ölçülü 20 düymlük yeni ağ-qara tökmə disklər dəsti seçib. Bundan başqa, kökləmə emalatxanasının mühəndisləri krossoveri yeni deflektorlar, ton verilmiş yan şüşələr və yoldan ara məsafəsini 35 mm azaltmağa imkan verən idman yayları ilə təchiz ediblər. Avtomobil Senner Tuning-dən həmçinin INJEN yeni soyuq hava çəpəri sistemi və paslanmayan poladdan idman işlənmiş qazların xaricetmə sistemini əldə edib ki, bunun sayəsində 4-silindrli 1.6-litrlik turbo mühərrikin hasilatı 25 a.g. və 25 Nm artaraq müvafiq olaraq 225 a.g. və 275 Nm olub. Modelin salonu üzərinə qırmızı tikişli velür dəri çəkilmiş idman kürsüləri və alkantara ilə üzlənmiş sükan çarxı ilə komplektləşdirilib. Nissan Juke Nismo üçün Senner Tuning-in yeni kökləmə-proqramının qiyməti € 9.050 təşkil edir.

 

Mənbə: Milli.Az
30 noyabr 2013
GO BACK