Qadin.NET / Cəmi 4 aydan sonra yeni smartfonlardan bezirlər

Cəmi 4 aydan sonra yeni smartfonlardan bezirlər

 

O2 şirkətinin yeni araşdırmasına əsasən, Böyük Britaniya sakinləri yeni smartfon modellərindən orta hesabla dörd ay ərzində bezirlər. Rəyi soruşulanların təxminən 25%-i deyib ki, artıq bir aydan sonra smartfona maraq qalmır. Respondentlərin 33%-i bildirib ki, onlar həmişə yeni smartfon modelinə sahib olmaq istəyirlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, araşdırma iştirakçılarının 60%-i deyib ki, onlar cari aparatlarının mükəmməl işləməsinə baxmayaraq, mobil telefonlarını dəyişdirməyə hazırdırlar. Britaniyalılar orta hesabla hər iki ildən bir yeni smartfon satın alırlar. Respondentlərin 20%-i yeni aparat satın almaq ehtiyacını KİV-in təsiri ilə əlaqələndirirlər. Rəyi soruşulanların 19%-i isə dostları yeni smartfon modelləri satın aldıqda paxıllıq edirlər.
Mənbə: Milli.Az
30 noyabr 2013
GO BACK