Qız uşağından ötrü alınan və bir neçə il evdə istifadəsiz qalan cehiz əşyaları üçün xüms vermək lazımdırmı? Milli.Az İslam.az-a istinadən bildirir ki, bu barədə keçmiş müctəhidlərin fətvaları fərqlidir. Bəzi müctəhidlər qız uşağı üçün alınmış cehizə xüms düşdüyünü yazırdılar. Son dövrdə yaşamış mərhum müctəhidlərin və hal-hazırda diri olan müctəhidlərin əksəriyyəti isə cehizi xümsdən azad bilir. Amma burada müəyyən şərtlər var. Məsələn,
a) qızın cehizini birdəfəyə almaq mümkün deyilsə və cehiz hissə-hissə alınırsa, yaxud hər ay cehiz üçün kənara pul qoyulursa.
b) qıza cehiz verməmək o vilayətdə eyib sayılırsa.
c) cehiz o ailənin sosial statusundan (şənindən) atrıq deyilsə.
d) yalnız həmin ilin gəlirindən cehiz üçün kənara pul qoyulur və ya nə isə alınırsa. Əgər ötən ilin gəlirindən bu il cehiz tədarük görülsə, xüms düşəcək. Bu şərtlər daxilində qız üçün tədarük edilən cehizə Ayətullahül-üzmalar Lənkərani, Sistani, Behcət, Məkarim Şirazi, Təbrizi, Vəhid Xorasani, Safi Gülpayganinin rəyinə görə xüms düşmür.
Mənbə: Milli.Az